Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Samux rayonunun üç minə yaxın sakini olan dörd kəndi – Poylu, Kəsəmən, Salahlı
və Qarabağlı illərdir həkim sarıdan əziyyət çəkir.
Sakinlər tibbi xidmət almaq üçün hər dəfə ya Samux rayonuna, ya da Gəncə
şəhərinə üz tutmaları olurlar.
Kənd sakinlərinin sözlərinə görə, əvvəl Qarabağlı Kənd Tibb Məntəqəsində üç
tibb bacısı olub. 65 yaşı tamam olduğuna görə, onlardan biri təqaüdə göndərilib.
Əhali tibb bacısının işdə qalması üçün imza toplasa da, onun orta təhsilli
olduğu əsas gətirilərək müraciətlər nəzərə alınmayıb.
Hazırda isə məntəqədə iki tibb bacısı xidmət göstərir. Lakin onlardan da
birinin üç aydan sonra 65 yaşı tamam olacaq. Bu isə o deməkdir ki, məntəqə bir
tibb bacısının ümidinə qalacaq.
Sakinlər deyirlər ki, bir də kəndin mavi yanacaq və bankomat problemi var.
Daha ətraflı İTV-nin süjetində: