Həmid Həmidov: “Azad edilmiş ərazilərin bərpa-quruculuq tempi heyrətamizdir” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bizim hamımız üçün çox əhəmiyyətli bir günlə əlaqədar sizi təbrik edirəm. Hər
şey ondan başladı ki, Heydər Əliyev bizim indi gördüklərimizin əsasını – ərazi
bötövlüyümüzün bərpasının təməllərini qoydu. Ölkəmizin daxili siyasi, iqtisadi
həyatına stabillik gətirdi”.
Bu sözləri 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar CBC
telekanalına müsahibəsində “Global Media Group”un media direktoru, tanınmış
jurnalist Həmid Həmidov deyib.
H.Həmidov xatırladıb ki, hələ 20 il əvvəl prezident səlahiyyətlərinin icrasına
başlayanİlham Əliyev ölkəmizin suverenliyini bərpa edəcəyinə söz vermişdi:
“Bununla əlaqədar biz planlı şəkildə hərbi qüdrətimizi artırdıq, Ordumuzu
gücləndirdik, ən müasir silahlar aldıq, zabit heyəti ölkə xaricində təlimlərdə
iştirak edib peşəkarlığını artırdı, Ordumuzun tədricən NATO standartlarına
keçidi baş tutdu və bütün bu illər ərsində Silahlı Qüvvələrimiz əsaslı şəkildə
inkişaf edərək, bütün xarici ekspertlərin də təsdiq etdiyi kimi, dünyanın ən
müasir, ən güclü ordularından birinə çevrildi”.
H.Həmidov bildirib ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən
bərpa-quruculuq işlərinin tempi heyrətamiz səviyyədədir.
“Biz hər gün sizinlə bərabər vətəndaşlarımızın Füzuliyə, Laçına, Ağdama və
işğaldan azad edilən ərazilərə qayıtdığını müşahidə edirik, işıqlandırırıq.
Bizim gözləntimiz ondan ibarətdir ki, Qarabağa köçən insanlarımızın sayı
getdikcə artacaq. Bu isə həmin regionun iqtisadiyyatını dirçəldəcək,
Qarabağımızı cənnətə çevirəcək”, – H.Həmidov vurğulayıb.