Həmid Həmidovdan Solovyova sərt cavab: “Hamımız onun kim olduğunu yaxşı
bilirik” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış jurnalist Həmid Həmidov rusiyalı təbliğatçı Vladimir Solovyovun
“Crocus City Hall”dakı hadisələrlə bağlı əsassız ittihamlarını şərh edib.
O, Baku TV-yə açıqlamasında Solovyovun bəyanatlarından təəccüblənmədiyini
bildirib.
“Solovyovun bəyanatları tamamilə yalan və anti-Azərbaycan xarakterlidir. Bu,
bizi təəccübləndirmir. Çünki hamımız onun kim olduğunu yaxşı bilirik. O,
ermənipərəstdir və Azərbaycanla bağlı olan hər şeyə nifrət edir”, – deyə
jurnalist bəyan edib.
O qeyd edib ki, bu cür həyasızcasına yalan danışmaq qəbuledilməzdir.
“Bu terror aktı bütün dünyanın diqqət mərkəzindədir. Terrorçuların milli
mənsubiyyəti də çoxdan məlumdur. Onların Azərbaycana və azərbaycanlılara heç
bir aidiyyəti yoxdur. Hesab edirəm ki, Solovyov öz sözlərinə görə üzr
istəməlidir”, – deyə H.Həmidov vurğulayıb.
Xatırladaq ki, Solovyov “Crocus City Hall”dakı terror aktını törədənlərdən
birinin azərbaycanlı olmasını iddia edib.