Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz».
İlham ƏLİYEV
Həmid Həsənov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənovdur.
Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Xızıda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Xızı da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.
Həmid Həsənov böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!
Həmid Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Həmid Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Ramil Usubovdan nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!
Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xızı rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Həmid Həsənovu Cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.
Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənov – “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək dövlətin mühüm təsisatı kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıb”
Xatırlatdığınız dövrün hər bir mərhələsi, hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Daxili işlər orqanlarının dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçdiyi dövrün uğurları möhtəşəm olmuşdur. Bu illər yeni yaranan dövlətini çevrilişlərdən, prezidentini, xalqını terror və sui-qəsdlərdən qorumağı bacaran, Qarabağ cəbhəsində şəhidlik zirvəsinə ucalan bütöv bir polis nəslini yetişdirmişdir. Ümummilli lider daxili ictimai-siyasi sabitliyin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq deyirdi: “Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq… Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir şərtdir… Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur”.
Məhz ulu öndər Azərbaycan polisinin ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən mütəşəkkil və peşəkar hüquq-mühafizə orqanına, müstəqil dövlətin təməli olan sabitliyin təminatçısına çevrilməsinə nail oldu. Ötən illər bizə, eləcə də gələcəkdə polis peşəsini seçəcək nəsillərə dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi Vətənə xidmət etmək olan bir örnək yaratmışdır.
Daxili işlər orqanlarının bütün şəxsi heyəti də bu reallığı görür və ürəkdən qəbul edir. Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik. Polis ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasının, Azərbaycan xalqının və möhtərəm Prezidentin sadiq əsgəridir.