60ec107e-c881-41ac-9a92-4bd6d954e1c2..jpg

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub: Cinayət işi açılıb

Baxış sayı: 534 dəfə baxılıb.

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub: Cinayət işi
açılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm
kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə
xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon
prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq
aparılır.

Source link