15515d4d-1ac6-4a0a-94e3-394db64d75f4..jpg

Həmyerlimiz Lionel Messi ilə birgə təsis etdiyi fonda rəhbərlik edəcək – FOTO/VİDEO

Baxış sayı: 1. 339 dəfə baxılıb.

Həmyerlimiz Lionel Messi ilə birgə təsis etdiyi fonda rəhbərlik edəcək –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmyerlimiz, “For Azerbaijan” xeyriyyə təşkilatının sədri Samir Süleymanov
dünyaşöhrətli futbolçu Lionel Messi ilə birgə təsis etdiyi “Join The Planet”
Fondunun İdarə Heyətinə rəhbərlik edəcək. Fond ətraf mühitin mühafizəsinə
yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.

BƏƏ-də təşkil olunmuş COP28 sədrliyinin maliyyə gündəliyinin
layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu
xəbəri şəxsi “LinkedIn” hesabında bildirib.

“Join The Planet” (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı
davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara yönəltmək üçün
yaradılmış xüsusi layihədir.

İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlim dəyişiklikləri ilə
mübarizədə etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə
tutulub”.

Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar
və s. tanınmış insanlar var.

Artıq “Join The Planet” (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.


View this post on Instagram

A post shared by JoinThePlanet (@jointheplanet)

Source link