Həmyerlisini butulka ilə öldürən şəxsə hökm oxundu

Həmyerlisini butulka ilə öldürən şəxsə hökm oxundu

Baxış sayı: 2. 423 dəfə baxılıb.

Həmyerlisini butulka ilə öldürən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Ramazanov 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tariyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb. Hadisəni törədən E.Ramazanov həbs edilib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com