Həmyerlisini güllələyib Rusiyaya qaçmışdı, altı il sonra tutuldu
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi
tərəfindən barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə iş açılmış 1986-cı
il təvəllüdlü Vahid Fiolet oğlu Əsgərov Rusiya ərazisində saxlanılıb.
“İnterpol” xətti ilə axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası
istiqamətində iş aparılır.
Qeyd edək ki, V.Əsgərov 6 il əvvəl Şəmkir rayonu ərazində həmyerlisini
güllələyib. O, avtomobilində Cavid Şirinov adlı şəxsə atəş açıb. Həmin vaxt
güllələnən şəxsin həyatını xilas etmək mümkün olub.