16656947-d890-4662-938c-78ec54c93169..jpg

Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib

Baxış sayı: 519 dəfə baxılıb.

Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında IV
turun təqvimi müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, oyunlar dekabrın ikisi və doqquzu keçiriləcək.

İlk olaraq sabah “AHF Arena” İdman Kompleksində qadınların liqasında iki görüş
baş tutacaq. Əvvəlcə “İdman Akademiyası” ilə “Qarabağ” komandaları üz-üzə
gələcəklər. İki saat sonra isə “Azəryol” “Bakı”nı sınağa çəkəcək.

Ayın doqquzunda isə qadınların çempionatında bir, kişilərin yarışında iki matç
oynanılacaq. Həmin günün kişilər arasında “Azəryol” – “Kür” və “Qarabağ” –
“Bakı” qarşılaşmaları Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk
səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

Həndbol üzrə ölkə çempionatı
IV tur

Qadınlar
2 dekabr

10:00. “İdman Akademiyası” – “Qarabağ”
12:00. “Bakı” – “Azəryol”
9 dekabr
12:00. “Gənclər Birliyi” – “Kür”

Kişilər
9 dekabr

14:00. “Azəryol” – “Kür”
16:00. “Qarabağ” – “Bakı”

Source link