bfc0ef7f-ca5b-430b-bb26-c116bc0585dc..jpg

Həndbol üzrə Azərbaycan çempionatı: Lider bu gün ən yaxın izləyicisi ilə qarşılaşacaq

Baxış sayı: 567 dəfə baxılıb.

Həndbol üzrə Azərbaycan çempionatı: Lider bu gün ən yaxın izləyicisi ilə
qarşılaşacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında VI
turun təqvimi bəlli olub.

Bu gün və dekabrın 24-də keçiriləcək oyunların hamısı “AHF Arena” İdman
Kompleksində təşkil ediləcək.

Qadınların yarışında mərkəzi görüşdə itkisiz irəliləyən “Qarabağ” ən yaxın
izləyicilərindən olan “Kür”lə qarşılaşacaq. Liderliyə can atan “Azəryol” isə
hələ də xal üzünə həsrət qalan “Gənclər Birliyi”ni sınağa çəkəcək.

Kişilərin liqasında ilk beş matçının hamısında qələbə qazanan “Kür” bu tur
istirahət edəcək. Bu da “Bakı” və “Qarabağ”a ona yaxınlaşmaq imkanı verəcək.
Hər iki komanda autsayderlər mövqeyində qərarlaşan rəqibləri ilə üz-üzə gələcək.

Qadınlarda bu gün baş tutacaq “Qarabağ” – “Kür” oyunu Azərbaycan Həndbol
Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı
yayımlanacaq.

Azərbaycan çempionatı

VI tur

Qadınlar

23 dekabr

12:00. “İdman Akademiyası” – “Bakı”

14:00. “Qarabağ” – “Kür”

24 dekabr

10:00. “Gənclər Birliyi” – “Azəryol”

Xal durumu: “Qarabağ” – 10, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” – 4,
“Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər

23 dekabr

16:00. “İdman Akademiyası” – “Bakı”

24 dekabr

12:00. “Azəryol” – “Təhsil”

14:00. “Qarabağ” – “Dinamo”

Xal durumu: “Kür” – 10, “Bakı”, “Qarabağ” – 6, “Azəryol” – 4, “İdman
Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Source link