Həqiqət zühur etdi: “Sevinc Osmanqızı jurnalistikası” öz yalanı ilə üz-üzə
qaldı…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yalanın ən böyük düşməni həqiqətdir!”
Bu fikir müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən sayılan
İmmanuel Kanta aiddir. Əslində, yalana münasibət və onun ifşası təkcə Avropada
deyil, bütün dünyada bənzərdir. Məsələn, Azərbaycan atalar sözləri də yalanla
bağlı bütün dünyada qəbul edilmiş parametrləri təsdiqləyir və yalanı doğrunun
qulu adlandırır.
Ancaq bu parametrlər, yalanın təsviri yalnız yalanla yaşayıb, yalanı özünün
həqiqətinə çevirmiş şəxslər tərəfindən qəbul olunmur.
Bir müddət öncə “Sevinc Osmanqızı jurnalistikası”nın təsviri
qurulduğunu, bütün prinsip və normalara, həqiqətlərə əks istiqamətdə hərəkət
etdiyini qeyd etmişdik. Ancaq həqiqətlərin ortaya çıxmaq kimi bir
xüsusiyyətinin olduğunu da vurğulamışdıq. Necə deyərlər, yalan dördnala gedər.
Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.
Bəli, həqiqət anı yetişdi və “əlahəzrət fakt” yenə özünü bütün aliliyi ilə
ortaya qoydu. Sevinc Osmanqızının feyk adlandırdığı, olmadığını iddia etdiyi
müsahibə gün üzünə çıxdı. Üstəlik, Azərbaycan KİV-də deyil, elə məhz
“jurnalist” xanımın səhifələrini ələk-vələk etdiyi “Euronews” nəşrində…
“Sevinc Osmanqızı jurnalistikası”nın banisini çox əziyyətə salmamaq üçün
müsahibəninlink
ini də yerləşdirək ki, axtarış üçün çox vaxt itkisi olmasın. Təbii ki, buna
ehtiyac olacaqsa…
Zənnimizcə, xanım “jurnalist” özünü heç də əziyyətə salmayacaq. Çünki
həqiqətlə üzləşmək, ən azından buna cəhd etmək də cəsarət işidir. Cəsarətli
insanın isə yalanla, böhtanla nə işi?..
Yalan danışan hamını qanmaz bilər deyirlər, ancaq özlərinin qandığı elə
yalanları qədərdir axı…
İndi ki iddialar alt-üst oldu, pafosla, təkidlə, “inam”la ifadə etdiyi
fikirlərin yalan olduğu üzə çıxdı, həqiqət zühur etdi, bundan sonra insanlara
hansı üzlə müraciətlər ünvanlanacaq? Hansı üz yalana görə qızaracaq?!
Bunun da cavabı sadədir. Üz bir deyil, iki deyil, hansı məsləhət olsa… Üzdən
çox nə var ki?! Əks halda cəmi bir neçə gün ömrü olacaq bir yalanla cəmiyyət
qarşısına çıxmaq, iddialı çıxışlar etmək və öz “doğru”nu insanların beyninə
yeritməyi istəmək necə mümkün ola bilər?
Yalan elə bir anlayışdır ki, dünyanın hər yerində dəyəri və mahiyyəti eynidir.
İstər doğma Vətəndə olsun, istər okeanın o tayında… Ancaq yalan həm də
doğrunun, həqiqətin üstünlüyünü, məğlubedilməzliyini qəbul etmək deməkdir.
Doğrunun qarşısında aciz olmaq bəhanələrin, iftira və böhtanın arxasına
sığınmaqdır.
Atalardan məsəllər çox oldu, ancaq sonuncusunu da xatırlatmaq lap yerinə
düşür: Yalan üz qızardar…
Təbii ki, bu halda yalan danışanın yalanından utanacağı və üzünün qızaracağı
bir balaca şübhə altındadır. Ancaq yenə də xatırlatmaq, özü, sözü və yolu düz
insanların həyata baxışlarını vurğulamaq lazım idi. Müqayisə üçün. “Sevinc
Osmanqızı jurnalistikası” ilə norma və prinsipləri olan, doğru, dürüst,
vicdanlı jurnalistikanın müqayisəsi üçün…
Orxan Tağıyev