88580d62-aea1-4a86-9cc7-e874dbff410d..jpg

Hər addımı əzabla atır: Altı yaşlı Tunarın sizin köməyinizə ehtiyacı var – FOTO/VİDEO

Baxış sayı: 597 dəfə baxılıb.

Hər addımı əzabla atır: Altı yaşlı Tunarın sizin köməyinizə ehtiyacı var –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı yaşlı Tunarın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun atası Tural Cixisyolu.com oğlu Rəhimli müraciət edib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

Xəstəliyi ilə əlaqədar olaraq balaca Tunar yeriməkdə çətinlik çəkir, sərbəst
otura bilmir, yaşıdlarından geri qalır.

İllərdir övladının müalicələrini davamlı olaraq aparan ailə artıq maddi
imkansızlıq ucbatından bunu davam etdirə bilmir.

T.Rəhimli bildirib ki, müalicə mütəmadi olaraq davam etmədiyi halda Tunarın
vəziyyəti daha da ağırlaşır.

Şəkidə yaşayan ailədən bildirilib ki, Tunarın müalicəsi mümkündür.

Xəstəliyin müalicəsinin növbəti mərhələsinə başlamaq üçün Tunarın 800 manat
maliyyə yardımına ehtiyacı var.

Tunarın ayağa qalxması üçün yardımınızı əsirgəməyin. Onun bizim dəstəyimizə
ehtiyacı var.

Qeyd edək ki, serebral iflicin müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin Xidmətlər Zərfinə daxil deyil.

Kapital bank: 4169 7388 3993 8077.

Ailənin əlaqə nömrəsi: (055) 755-69-00 (atası).


Source link