01405d39-0a96-4c88-a8a6-c5122c6395d7..jpg

Hər il Solovyovu yemləmək üçün 60 milyon dollara qədər pul ayrılır – VİDEO

Baxış sayı: 674 dəfə baxılıb.

Hər il Solovyovu yemləmək üçün 60 milyon dollara qədər pul ayrılır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya mediasında anti-Azərbaycan siyasətini təbliğ edən sanki mütəşəkkil bir
dəstə fəaliyyət göstərir. Hansı ki bu dəstə eyni mərkəzdən idarə edilir və
maliyyələşdirilir. Onların sırası genişdir – Solovyov, Simonyan, Qabrielyanov
və başqaları.

Azərbaycana qarşı nifrət püskürmək üçün isə onlar öz aralarında sanki yarışa
girirlər. Çünki işin ucunda maliyyə var. İdeoloji verilişlərdə həvəslə
Azərbaycanı tənqid edir, nədəsə ittiham etmək üçün süni səbəblər yaradır,
nağıllar uydururlar.

Baku TV-nin departament rəhbəri Turan İbrahimov mövzu ilə bağlı bildirib ki,
bu yaxınlarda Rusiyanın nüfuzlu media resurslarında dolayı yolla bir məlumat
yayıldı və bildirildi ki, Solovyova hər il hazırkı fəaliyyətini yerinə
yetirməsi üçün 60 milyon dollara qədər pul ayrılır.

Solovyov və digərlərinin məqsədi onlardan pulunu əsirgəməyən erməni ağalarına,
əsasən də öz cinayətkarlığı ilə ad çıxarmış Samvel Karapetyana yarınmaqdır.
Söhbət Rusiyanın ən zəngin ermənisi, “Taşir” Holdinqin rəhbəri Karapetyandan
gedir. Rusiyanın mineral ehtiyatlarını istismar edən, Gürcüstanın enerji
sektorunu ələ keçirən, Robert Koçaryanın dostu olan, onu pul ödəyərək həbsdən
azad edən bu terror sponsorunun Azərbaycana qarşı etdiyi cinayətlərə görə
ölkəmizdə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi də başlanılıb.

Karepetyanın Rusiyada yemlədiyi “ideoloq”lar arasında səsi ən çox gur çıxan
isə Vladimir Solovyovdur. O, əlinə hər fürsət düşdükcə, daha doğrusu, cibi
boşaldıqca ermənilərə xoş görünmək üçün öz verilişlərində Azərbaycan əleyhinə
mövzuları müzakirəyə çıxarır, iki ölkənin münasibətlərinə xələl gətirə biləcək
təxribatçı fikirlər səsləndirir.

Daha ətraflı süjetdə:


Source link