abda5196-6491-4d71-91e2-42800431538b..jpg

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? – VİDEO

Baxış sayı: 1. 085 dəfə baxılıb.

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? – VİDEO

Türkiyə pop musiqisinin kraliçası Sezen Aksunun 1982-ci ildə səsləndirdiyi
“Firuze” mahnısı illər sonra meqastar Tarkanın ifasında eşidilib. Hər kəs
“Firuze”nin həsrət dolu bir sevgi hekayəsi olduğunu düşünür, o gözəl Firuzeyə
olan böyük sevgini qısqanır. Halbuki mahnı bir ananın öz qızına ithaf etdiyi
əsərdir.

Lent.az “Belə yaranıb” rubrikasında “Firuze” mahnısının tarixçəsindən bəhs
edib.

Bu mahnının sözlərinin və musiqisinin müəllifi ssenarist, bəstəkar, şair və
aktrisa Aysel Güreldir. O, əsəri yazıb və Sezen Aksuya təqdim edib. Türkiyədə
sənət aləmində “Dəli Aysel” adıyla tanınan Aysel Gürel çox üsyançı, modern
düşüncəli bir qadın olub. O mahnını qızı, aktrisa Müjde Ara həsr edib. Bunun
isə maraqlı səbəbi olub.

Müjde Ar zahirən çox gözəl, bir o qədər də cəsur bir qadın olaraq türk
kinosunda açıq- saçıq səhnələri oynamaqdan çəkinməyən, qadınlara qarşı seksual
təcavüzləri tez-tez dilə gətirən bir sənətkardır. O illər boyu qadın haqlarını
müdafiə edib, ən cəsur rollarda çəkilib. Lakin özü qadın xoşbəxtliyini tapa
bilməyib. Aysel Gürel hər nə qədər qızının sənətinə heyran olsa da, taleyindən
narahat olub. Müjdenin gözəlliyini ilk bahar yaşıllığına bənzədir, gözəl
qızının öz həyatından çox qurbanlar verdiyini düşünərək yazıb:

Kıskanır rengini baharda yeşiller

Sevda büyüsü gibisin sen Firuze

Sen nazlı bir çiçek, bir orman kuytusu

Üzüm buğusu gibisin sen Firuze

Duru bir su gibi, bazen volkan gibi

Bazen bir deli rüzgar gibi

Gözlerinde telaş, yıllar sence yavaş

Acelen ne bekle, Firuze


Source link