6c154624-3f3b-4451-8b6c-2fae92c619ac..jpg

Hərbçilərimizin Aprel qəhrəmanlığı: Döyüş zamanı yoldaşlarına otlar vasitəsilə mesaj ötürdü – VİDEO

Baxış sayı: 413 dəfə baxılıb.

Hərbçilərimizin Aprel qəhrəmanlığı: Döyüş zamanı yoldaşlarına otlar vasitəsilə
mesaj ötürdü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Televiziyası aprel döyüşlərində şücaət göstərən hərbçilərlə
Lələtəpəyə yollanaraq süjet hazırlayıb.

Həmin süjetdə hərbçilər səkkiz il öncə yaşadıqları hadisələrdən və Ordumuzun
qəhrəmanlığından söz açıblar.

Belə ki, aprel döyüşlərinin iştirakçısı olan Üzeyir Nəcəfov deyib ki, 2016-cı
il aprelin 2-nə keçən gecə Lələtəpə istiqamətində üç qrup əks-hücum həyata
keçərək Ohanyan səddini yarıb və minalanmış ərazi ilə düşmən səddinə yaxınlaşıb.

Həmçinin, aprel döyüşlərinin digər iştirakçılarından biri də Teymur Əliyev
olub.

O, döyüşlər zamanı nitq qabiliyyətini tamamilə itirib.

Teymur Əliyev döyüşlər gedən zaman otları əzərək onlardan yoldaşları üçün iz
yaradıb. Həmin üsulla hərbçilər Lələtəpə istiqamətində irəliləyə biliblər.

Ətraflı süjetdə:


Source link