d2263e6d-1015-4e77-a645-68cab979a860.webp

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Baxış sayı: 199 dəfə baxılıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Murad
Fuad oğlu Həsənovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə
Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Cixisyolu.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi
Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika
və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə
və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut
kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib,
müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz
zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət
verilməsi təmin olunacaqdır.

Source link