Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2024-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən, xarici dövlətlərin
ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 18 ölkədən 23 hərbi attaşelik aparatının nümayəndəsinin iştirak
etdiyi ziyarətdə məktəbin rəisi general-mayor Elçin Məmmədov qonaqları
salamlayıb, onları burada qəbul etməkdən məmnun olduğunu qeyd edib.
Əvvəlcə qonaqlara DİN DQ-nin Ali Hərbi Məktəbinin tarixi və əsas fəaliyyət
istiqamətləri barədə brifinq təqdim olunub.
Brifinq başa çatdıqdan sonra hərbi attaşelər kursantların dərs prosesini
izləyib, məktəbin ərazisində onlar üçün yaradılan şəraitlə tanış olublar.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.