d0829545-1201-434a-a324-595deba0748e..jpg

Hərbi attaşelər erməni hərbçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb – VİDEO

Baxış sayı: 429 dəfə baxılıb.

Hərbi attaşelər erməni hərbçilərin qanunsuz fəaliyyətləri barədə
məlumatlandırılıb – VİDEO

Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və
beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, brifinqdə son günlər
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan
silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici
ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib.

Bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi
yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi
Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni
sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycan Respublikasına
reinteqrasiyasını daha da sürətləndirəcəkdir.

Həmçinin, Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ
iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini
gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş
texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə
vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması
faktları tərəfimizdən qeydə alınıb.

Bu kimi təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi
istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə
müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə
çatdırılıb.

Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının
Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin bu kimi
fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi
daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və
nümayəndələri maraqlandıran suallar cavablandırılıb.


Source link