Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da, saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Bu bardə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Orkestrlər şəhərin müəyyən edilmiş beş nöqtəsində çıxış edəcək:
– Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
– Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında;
– Fəvvarələr meydanında.