74d87114-edfa-44b7-bae2-d9d1e0448a3f..jpg

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər – VİDEO

Baxış sayı: 793 dəfə baxılıb.

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən,
Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları
həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq helikopterlər baza aerodromlarından müəyyən olunmuş
marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə
keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə
yetirilib.


Source link