b543dd7e-96f4-42a9-817b-b773080fc3c9..jpg

Hərbi pilotlarımız səmada: Helikopterlərimiz kəşfiyyat apardı – VİDEO

Baxış sayı: 329 dəfə baxılıb.

Hərbi pilotlarımız səmada: Helikopterlərimiz kəşfiyyat apardı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən,
Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları
həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara
təhlükəsizlik qaydaları çatdırılıb.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən
helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava
kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə
yetiriblər.

Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması
məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra
olunub.


Source link