37b7000f-6811-43f6-9b66-0c669babab52..jpg

Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib – FOTO

Baxış sayı: 501 dəfə baxılıb.

Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi
ilə bağlı püşkatma mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa
olunub.

Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının
nümayəndələri və media mənsubları iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının
icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim
ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların böyük bir qrupuna
daimi mənzillərin verilməsi ilə bağlı bu gün növbəti püşkatma keçirilib.

Mənzillər xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçulara, eləcə də
vəfat etmiş hərbi qulluqçuların varislərinə ailə tərkibi nəzərə alınmaqla
“Daimi mənzillərin verilməsi üzrə mənzil komissiyası” tərəfindən verilib.

Növbəti püşkatma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
balansından 28 mənzil, habelə Mənzil İnşaatı Dövlət Agentliyinin balansından
445 mənzil, ümumilikdə isə 473 mənzil növbəlilik prinsipinə əsasən hərbi
qulluqçular arasında bölüşdürülüb.

Qeyd edək ki, hərbi qulluqçuların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu
və Suraxanı rayonlarında müvafiq sahəsi olan mənzillər şəffaflıq və ədalətlilik
prinsipi əsasında verilib.

Source link