b9379a58-8934-4ec3-a003-1ca2e926d972..jpg

Hərbi qulluqçulara orden və medallar təqdim edilib – FOTO/VİDEO

Baxış sayı: 494 dəfə baxılıb.

Hərbi qulluqçulara orden və medallar təqdim edilib – FOTO/VİDEO

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi
zamanı xüsusilə fərqləndiklərinə görə və Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü
ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanıİlham Əliyev tərəfindən təltif edilmiş hərbi
qulluqçulara orden və medallar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik
Elçin Quliyev tərəfindən təqdim edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə Azərbaycan
sərhədçilərinin istənilən döyüş tapşırığını bundan sonra da şərəflə yerinə
yetirəcəklərinə, müqəddəs torpaqlarımızın müdafiəsini və mühafizəsini böyük əzm
və fədakarlıqla təmin edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrlərinin
icrasını ən yüksək səviyyədə təmin edəcəklərinə əminlik ifadə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi
hissələrin yaşayış şəhərciklərinə baxış keçirib və hərbi qulluqçular üçün
yaradılmış şəraitlə tanış olub.


Source link