1a59cce3-1c17-40fd-b0bc-5ca5712b7b90..jpg

Hərbi qulluqçularımızın qatıldıqları “Erciyes – 2023” təlimi başa çatıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 371 dəfə baxılıb.

Hərbi qulluqçularımızın qatıldıqları “Erciyes – 2023” təlimi başa çatıb –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdikləri “Erciyes-2023” hərbi
təlimləri başa çatıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Kayseridə yerləşən 1-ci Komando Briqada Komandanlığında keçirilən
“Erciyes-2023” təlimi hava-desant əməliyyatı ilə başa çatıb. Təlim çərçivəsində
12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından havaya qalxan C-130 və C-160
nəqliyyat təyyarələrindəki 180 paraşütçü komando bölgəyə eniş edib. Paraşütlə
tullanan komandolar düşmənin şərti döyüş mərkəzinə qarşı əməliyyat keçirib.
Terrorçulardan təmizlənən bölgədəki hədəflər PUA-larla vurulub”, – deyə
məlumatda bildirilib.

Qeyd olunub ki, təlimlər zamanı helikopterlərdən və artilleriyadan da istifadə
olunub.

Vurğulanıb ki, təlimlərə Azərbaycan, Gürcüstan, Pakistan, Liviya, İspaniya,
İtaliya və Özbəkistan hərbçiləri də qatılıblar.

17:39

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri
şəhərində keçirilən “Erciyes – 2023” təlimində iştirak edirlər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının
cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

“Erciyes – 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı
döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın
artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da
təkmilləşdirilməsinə yönəldilib.


Source link