Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı – QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq
vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Cixisyolu.com-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan
əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il
dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına
həyata keçirsin.
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.