Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji
hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində
görülən işlər plana uyğun davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir
göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə
vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif tədbirlər keçirilir.
Asudə vaxtlarda hərbi qulluqçular mütaliə edir, bədii kitablar, qəzet və
jurnallar oxuyurlar.
Həmçinin hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir, şəxsi
heyətlə stolüstü və digər oyunlar üzrə yarışlar keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçularla maarifləndirici
söhbətlər aparılıb, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət
şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Keçirilən görüşlər zamanı, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl
olunması, fərdi tərbiyə və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin
nizamnamələrin tələblərinə uyğun qurulması istiqamətində səylərin daha da
artırılmasının vacibliyi qeyd edilib.
Ümumilikdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək
qiymətləndirilib.