7100a968-3a51-4126-b3f9-bceb112784b5..jpg

Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları qiymətləndirilib – VİDEO

Baxış sayı: 404 dəfə baxılıb.

Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları
qiymətləndirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin
verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaq imtahanlarının növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş
hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları
qiymətləndirilib.

Hərbi qulluqçular zirehli döyüş texnikasının idarə olunması, şərti düşmən
hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları yerinə
yetiriblər.


Source link