d85512f1-aa40-45ce-94da-8cd6c97606d5..jpg

Hərbi qulluqçuların uşaqlarına aylıq nə qədər müavinət verilməlidir? – FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Hərbi qulluqçuların uşaqlarına aylıq nə qədər müavinət verilməlidir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hərbi qulluqçuların uşaqlarına verilən aylıq müavinətin məbləği 120 manatdır”.

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat
paylaşıb.

O bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna son dövrlər edilən
dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi
qulluqçularının uşaqlarına müavinətin verilməsidir.

“Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir.
Hazırda aylıq müavinətin məbləği 120 manatdır.

Bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə
ödənilir. Qeyd edək ki, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial
dəstəklənməsi baxımdan vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin
ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil.

Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri
üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi
qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid
əlaqələndirmə mərkəzlərinə” müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan
vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna
malikdirlər.

Müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil. Müraciət edənin
şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum
haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə
olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə
müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq
qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar
qəbul edildikdə, beş gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət
edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə
şikayət etmək hüququ var.

Bir mühüm məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec
məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün
də vəsait ödənilir. Yəni bu müavinətin verilməsindən gec xəbər tutan və vəsaiti
almaq hüququ olan vətəndaşlarımız əvvəlki üç il üçün hesablanmış pulu da almaq
hüququna malikdirlər”, – deyə deputat bildirib.

Source link