201e99a1-eb79-4477-bb89-ade765cbce63.jpg

Hərbi qulluqçumuz intihar edib

Baxış sayı: 220 dəfə baxılıb.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz
Fikrət oğlu Gözəlovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə
Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Cixisyolu.com-a hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun
Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviriFirad Əliyev məlumat verib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya
Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış
keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və
digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq
hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.

Source link