ee53f88d-2589-43bb-a544-29c30f58e467..jpg

Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş keçirilib – FOTO

Baxış sayı: 728 dəfə baxılıb.

Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş
keçirilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq
edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya
agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup
media nümayəndəsi ilə görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən görüşdə
jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda
yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının
qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən
jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda
brifinqlər təqdim olunub.

Sonda media subyektləri ilə mövcud əməkdaşlığa və perspektivdə duran
məsələlərə dair təkliflər dinlənilib.

Source link