Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim
toplanışı praktiki məşğələlərlə davam edir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə
ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki
xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının
artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir.
Toplanışın növbəti günündə hərbi vəzifəlilər atıcı silahlardan atış
çalışmaları icra ediblər.
Qeyd edək ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi
təlim toplanışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə
birgə tədbirlər çərçivəsində həyata keçirilir.
icra ediblər
Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər