1440a062-d8b1-4cfe-a051-db7c919e1f89.jpg

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir

Baxış sayı: 39 dəfə baxılıb.

Hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi
növbəti təlim toplanışı davam edir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və
həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə
təmin olunurlar.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik
qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin
artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə
də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar
icra ediləcək.

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir

Source link