Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi
xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.
Yeni yaradılan konsepsiyanın məqsədi təhsildə fərqlənən istedadlı gənclərin
bilik və bacarıqlarından daha səmərəli istifadə etmək və onların karyera
inkişafına töhfə verməkdir.
Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisaslar üzrə
600-dən yuxarı bal toplayanlar və beynəlxalq reytinqli xarici universitetləri
uğurla bitirənlər hərbi xidmətlərini bu bölmələrdə xüsusi şəraitdə davam
etdirəcəklər.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, aparılan təhlillər göstərir
ki, birinci ixtisas qrupu üzrə “İnformasiya texnologiyaları”, “Kompüter
elmləri” və digər sahələrə yüksək balla qəbul olan tələbələr təhsillərini başa
vurduqdan sonra hərbi xidmət zamanı öz bilik və bacarıqlarından istifadə edə
bilmirlər. Bu da sahə üzrə müəyyən zəifləmələrə səbəb olur.
Qeyd edək ki, bu qərar yerli və beynəlxalq müsabiqələrin qalibi kimi ali
təhsil müəssisələrinə növbədənkənar qəbul olunan gənclərə də şamil edilir.
Ətraflı “ATV Xəbər”in süjetində:
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?