Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, hərracda 250 milyon manat cəlb edilib. Tələb isə bundan 2,8 dəfə çox – 706,9 milyon manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.