0fcd183f-b269-4ca1-9bbf-d745e17f4d0b..jpg

Həsrət Cəfərov: “Belqrada qızıl medal üçün getmişdim, ancaq “gümüş”lə kifayətləndim”

Baxış sayı: 514 dəfə baxılıb.

Həsrət Cəfərov: “Belqrada qızıl medal üçün getmişdim, ancaq “gümüş”lə
kifayətləndim”

“Belqrada qızıl medal üçün getmişdim, ancaq “gümüş”lə kifayətləndim”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri jurnalistlərə açılamasında Azərbaycanın
yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 67
kiloqram çəki dərəcəsində ikinci yeri tutan idmançı “Paris-2024” Yay Olimpiya
Oyunlarına lisenziya qazandığını xatırladıb:

“Yarış mənim üçün ağır keçdi. 1/4 finalda iranlı rəqibimə qalib gəldim. Daha
sonra ermənini uddum. Final görüşü gərgin keçdi. Yekunda kubalı güləşçiyə
uduzdum. Qızıl medal nəsib olmasa da, Olimpiadaya lisenziya qazandım”.

Gənc idmançı 1/4 finalda daha əvvəl məğlub olduğu İran təmsilçisi Məhəmmədrza
Gerainidən qisas aldığını bildirib:

“Ona 2021-ci ildə uduzmuşdum. Həmin vaxt daha gənc idim. O yarışdan sonra
səhvlərimin üzərində işləmişdim. Nəticəsini görürsünüz”.

Güləşçi yarımfinalda ermənistanlı Slavik Qalstyanla görüşə xüsusi
yanaşmadığını vurğulayıb:

“Mən idmanı siyasətə qatmıram. Bütün rəqiblər mənim üçün ciddi rəqibdir”.

H.Cəfərov indidən Olimpiada barədə danışmaq istəmədiyini, lakin qızıl medal
hədəflədiyini söyləyib:

“Yarışdan əvvəl danışmağı sevmirəm. Maksimum hazırlaşacağam. İnşallah,
səhvlərimin üzərində işləyib, Olimpiadaya daha yaxşı hazırlaşaraq qızıl medal
qazanmağa çalışacağam”.

Faiq Tahirov

Source link