e723b129-9611-41ff-ad52-174652253aeb..jpg

Həvəsləndirici vədlər təklif edilən mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Həvəsləndirici vədlər təklif edilən mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması
olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir”.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar
göndərilərək həvəsləndirici vədlər təklif edilir.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli
olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla
qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına
daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, – deyə məlumatda qeyd
olunub.

Source link