Şabranda həyətyanı sahəsində kultivasiya yolu ilə çətənə kolları yetişdirən rayon sakini saxlanılıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.
Şahidlərin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram olan 15 çətənə kolu aşkarlanıb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Telman Orucoğlu