8ea499cb-7a5e-454a-9117-43e7e38a69db.jpg

Həyat yoldaşından intiqam almaq üçün Trotski ilə eşq yaşayan Frida Kalonun inanılmaz həyat hekayəsi

Baxış sayı: 31 dəfə baxılıb.

Baku TV özünü kəşf etmə prosesini rəssamlıqla birləşdirən, şəxsi təcrübələrini
və mədəni kimliyini əsərlərinə daxil edən dünyaca məşhur rəssam Frida Kalo
haqqında araşdırma hazırlayıb.

18 yaşlı Frida Kalo 6 sentyabr 1925-ci ildə Meksikada avtomobil qəzası keçirir
və nəticədə aldığı xəsarətlərə görə uzun müddət xəstəxanada qalmalı olur.

Bu zaman Frida Kalo tənhalıqdan rəsm çəkməyə başlayır və 1927-ci ildə qəzanın
nəticələrindən qismən sağalaraq rəssam olmağa qərar verir.

1929-cu ildə Frida Kalo Meksikada kommunizmin rəmzinə çevrilən və özündən 20
yaş böyük olan rəssam Dieqo Rivero ilə ailə qurur. Bir il keçməmiş Dieqo gənc
həyat yoldaşına xəyanət etməyə başlayır.

1930-cu ildə Dieqo Rivero San-Fransiskoya birja binasında divar rəsmləri
çəkmək üçün dəvət olunur və gənc həyat yoldaşı Frida Kalo da onunla birlikdə
Amerikaya gedir.

Daha sonra cütlük Meksikaya qayıtmalı olur və bu zaman Frida Kalonun boşanmış
bacısı Kristina da onlarla yaşamağa başlayır.

Bir müddət sonra Kristina və Dieqo Rivero arasında məhəbbət yaranır.
Beləliklə, Frida Kalo Dieqo Riverodan yeni zərbə alır.

1937-ci ildə Stalinin əlindən qaçan və heç bir ölkə tərəfindən qəbul edilməyən
inqilabçı Lev Trotski Meksikaya gəlir və Rivero Dieqo xəstəxanada olduğu üçün
onu Frida Kalo qarşılayır.

Frida Kalo həyat yoldaşından intiqam almaq üçün onun pərəstiş etdiyi Lev
Trotski ilə eşq macərası yaşamağa başlayır.

1944-cü ildə Frida Kalonun ayağı qanqrena səbəbindən amputasiya edilir və o,
həyatdan tamamilə təngə gəlir.

1953-cü ildə Meksikada Frida Kalonun fərdi sərgisi keçirilir və səhhətinin pis
olması səbəbindən onu sərgi salonuna çarpayıda gətirirlər.

Frida Kalo 1954-cü ildə 47 yaşında pnevmoniyadan vəfat edir.

Ətraflı süjetdə:

Həyat yoldaşından intiqam almaq üçün Trotski ilə eşq
yaşayan Frida Kalonun inanılmaz həyat hekayəsi
Həyat yoldaşından intiqam almaq üçün Trotski ilə eşq yaşayan Frida Kalonun
inanılmaz həyat hekayəsi

Source link