5d4741e6-328c-46ea-a682-8df2c66f58fb..jpg

Həyat yoldaşını itirən Cavan Zeynallı: “Necə yəni ağlama? Mən onu çox sevirdim”

Baxış sayı: 757 dəfə baxılıb.

Həyat yoldaşını itirən Cavan Zeynallı: “Necə yəni ağlama? Mən onu çox sevirdim”

Ötən ilin dekabrında həyat yoldaşını itirən Xalq artisti Cavan Zeynallı bir
müddətdir ki, özünə qapanıb, telefonlara cavab vermir, heç kimlə əlaqə
saxlamırdı. Uzun müddətdən sonraCixisyolu.com-a açıqlama verən müğənni indi nisbətən
yaxşı olduğunu deyib.

“Yoldaşımı Qusarda dəfn etdik, qırx mərasimi də orada oldu. Mənim üçün çox
çətindir. Hamı deyir ki, Cavan, həyat gedir. Həkimlər də deyirlər ki, bu qədər
üzülmək, ağlamaq olmaz. Necə yəni ağlama? Mən sevirdim onu, çox sevirdim.

Bilirsiniz, o vaxt Röya ilə səkkiz mahnı yazmışıq. Düzü, o mahnılar haqqında
indi danışmaq istəmirəm. Srağagün evdə o mahnılardan birinə qulaq asırdım,
başladım ağlamağa. Mənim ürəyim belədir. Neyləyim?” – Xalq artisti bildirib.

Qeyd edək ki, C.Zeynallı həyat yoldaşı Röya xanımın ölümünü bir müddət
mediadan gizlətmişdi.

Aytac Qasımova

Source link