e1624daf-2efa-49e0-926b-c6d2f1670c96..jpg

Həyata qaytardığınız Fatimənin yenidən sizin dəstəyinizə ehtiyacı var – FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

Həyata qaytardığınız Fatimənin yenidən sizin dəstəyinizə ehtiyacı var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Mahirə Qazıyeva məlumat verib.

O bildirib ki, övladına bir neçə ay öncə qaraciyərin köçürülməsi əməliyyatı
keçirilib.

“Fatimə hər zaman sağlam uşaq olub. Xəstəliyini elə bir neçə günün içində
öyrənib, əməliyyat üçün Türkiyəyə yollandıq. Evimizi girov qoyub, dost-tanış və
sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyatımızı keçirdik. Fatimənin
səhhəti günü-gündən yaxşılaşır. Amma son dövrlər müalicələrini çatdıra
bilmirik. Həm kredit, həm gündəlik xərclər, həm müalicə, inanın ki, çatdırmaq
olmur. Evdə isə tək yoldaşım işləyir. Fatimənin biraylıq dərmanlarını almaq
üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə bu dəfə də dəstək
olmalarını, bizi yarı yolda qoymamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 719-91-09.

Source link