c5d8c681-f468-4c64-96e7-da185afae9c9..jpg

Həzi Aslanovun 114 illiyi qeyd olunub – FOTO

Baxış sayı: 417 dəfə baxılıb.

Həzi Aslanovun 114 illiyi qeyd olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb
tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir
keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı
Qarnizonundakı hərbi hissələrin, ictimaiyyət nümayəndələrinin, generalın ailə
üzvlərinin iştirak etdiyi mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə
məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər
qoyulub, güllər düzülüb. Ulu öndərHeydər Əliyevin və xalqımızın igid oğlunun
timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü,
polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının Azərbaycan
xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Polkovnik
A.Qurbani Həzi Aslanovun mənalı həyatı, qəhrəmanlığı və İkinci Dünya
müharibəsindəki xidmətlərindən danışarıq vurğulayıb ki, onun döyüş yolunun
öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət
daşıyır.

Birinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polis
general-mayoru Həzi Aslanov istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ
müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
Ali Baş Komandanİlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Source link