Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA
ÇATIB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (Niderland) Azərbaycanın Ermənistana
qarşı qaldırdığı iddia çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının
ləğvi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı açıq dinləmələr başa
çatıb.
Cixisyolu.com bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytında məlumat
verilib.
Məlumata görə, məhkəmənin ilkin etirazlarla bağlı qərarı açıq iclasda
çıxarılacaq və onun vaxtı müəyyənləşdikdən sonra elan ediləcək.
Azərbaycan öz arqumentlərində məhkəməyə müraciət edərək Ermənistanın 24 aprel
2024-cü il tarixli yekun təqdimatında irəli sürdüyü ilkin etirazların hər
birinin məhkəmənin yurisdiksiyasına və ya Azərbaycan tələblərinin məqbul
olmasına əsaslı etiraz olmadığı əsasda rədd edilməsini xahiş edib.
Alternativ olaraq, Azərbaycan məhkəmədən bu ilkin etirazların hər birinin işin
mahiyyətinə uyğun olan məsələləri qaldırdığını əsas gətirərək rədd etməyi xahiş
edib.