Haaqanın mərkəzində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Hücum Haaqa Universitetinin yaxınlığındakı kofedə baş verib. Naməlum şəxs kofedəki bir nəfəri yaraladıqdan sonra küçəyə çıxaraq daha 2 nəfəri də yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis hücum edən şəxsi ayağından yaralayaraq saxlayıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.