c1d1f697-1dc4-4750-a3d3-8508f2a2bca1..jpg

“Haber Global” Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü barədə: “Diplomatik uğurun nümunəsi…” – VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

“Haber Global” Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü barədə:
“Diplomatik uğurun nümunəsi…” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gürcüstanda keçirilən görüş Azərbaycanın diplomatik uğurunun son nümunəsi
kimi qeydə düşdü”.

Bu sözlər “Haber Global”ın Azərbaycan və Ermənistan baş nazirləri arasında
Gürcüstanda keçirilən görüş barədə yayımladığı videosüjetdə deyilib.

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına bu dəfə region ölkəsi
Gürcüstan ev sahibliyi edib. Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan baş
naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi
ilə Tbilisidə görüşüblər.

Azərbaycan sentyabrın 19-da Qarabağda qeyri-qanuni ünsürlərə qarşı antiterror
əməliyyatı keçirərək bölgəni işğalçı ünsürlərdən bir gündən də az müddətdə
təmizlədi və Qarabağdakı qondarma dövlət strukturu təslim olaraq bölgəni tərk
etdi. Bu tarixi hadisədən sonra Qarabağ faktiki olaraq Azərbaycan torpağıdır.
İlham Əliyev Xankəndində Azərbaycan bayrağını qaldırdı.

Qarabağ məsələsinin əbədi olaraq tarixə qovuşmasını təmin edən antiterror
əməliyyatından sonra Azərbaycan və Ermənistan liderləri arasında ilk təkbətək
görüş əslində oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməli idi.
Lakin Fransa, Almaniya və Avropa İttifaqı liderlərinin də iştirak edəcəyi
iclasda Türkiyənin iştirakına mane olundu. Azərbaycan Prezidenti İlham Əliyev
də bu səbəbdən “Türkiyə yoxdursa, biz də yoxdur” deyərək Qranadaya getmədi.

İlham Əliyev bundan sonra Azərbaycan və Ermənistan arasında sülh
danışıqlarının regiondan uzaq ölkələrin deyil, region ölkələrinin iştirakı ilə
aparılmalı olduğunu bildirdi”, – deyə videosüjetdə bildirilib.

Həmçinin Gürcüstanda keçirilən görüşün Azərbaycanın diplomatik uğurunun son
nümunəsi kimi qeydə düşdüyü vurğulanıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş
keçiriblər.

Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin
vasitəçiliyi ilə görüşüblər.

Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat
davam edib.

Daha ətraflı videosüjetdə:


Source link