15e7f691-4765-41fb-bbc1-c7d90ee268c8..jpg

“Haber Global”: “Azərbaycanın xilasetmə qrupu xaricdən gələn ən çoxsaylı yardım komandasıdır” – VİDEO

Baxış sayı: 742 dəfə baxılıb.

“Haber Global”: “Azərbaycanın xilasetmə qrupu xaricdən gələn ən çoxsaylı
yardım komandasıdır” – VİDEO

“Haber Global” Azərbaycanın Türkiyədə baş verən zəlzələdən dərhal sonra
göndərdiyi yardım barədə videosüjet hazırlayıb.

Videosüjetdə Azərbaycanın göndərdiyi və 400-dən çox insandan ibarət komandanın
xaricdən gələn ən çoxsaylı yardım komandası olduğu qeyd edilib.

“Dost və qardaş Azərbaycan Türkiyənin ağır günündə ilk köməyə gələn komanda
oldu. İlk yardım əlini qardaş ölkə Azərbaycan uzatdı. Türkiyə ilə tək ürək olan
Azərbaycan yüzlərlə insandan ibarət axtarış-xilasetmə komandası ilə yanaşı,
sağlamlıq personalı, bütün lazımi avadanlıqlarla təchiz olunmuş səhra
xəstəxanası və çox sayda yardım ləvazimatları göndərdi. Azərbaycan Prezidenti
İlham Əliyevin göstərişi ilə təcrübəli axtarış-xilasetmə komandası zəlzələdən,
sadəcə, bir neçə saat keçəndən sonra zəlzələ bölgəsinə çatdı. 400-dən artıq
insandan təşkil olunan komanda xaricdən gələn ən çoxsaylı yardım komandasıdır
və Kahramanmaraşda axtarış-xilasetmə işlərinə dəstək verir”, – deyə vurğulanıb.

Daha ətraflı süjetdə:


Source link