“Haber Global” Korsikada: Adada Fransaya qarşı müstəqillik çağırışları sürətlə
artır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Korsika adasında etirazçı qruplar Fransaya qarşı müstəqillik çağırışları
səsləndiriblər.
Bu barədə “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrul hadisə
yerindən xəbər verib.
Qeyd olunub ki, adada “Nazione” adlı yeni müstəqillik hərəkatı yaradılıb.
Bununla belə, Makron administrasiyası muxtariyyətdən başqa digər variantları
rədd edir.
“Nazione” hərəkatı öz daxilində müxtəlif qrupları bir araya toplayıb. Onların
yeganə məqsədi Korsika Respublikasının qurulmasıdır. Bunun ardınca iki fəal
polislər tərəfindən saxlanılıb.
Millətçilərin əsas tələbi Korsika xalqının və onun dilinin tanınmasıdır. İki
fəalın saxlanması isə etirazçıların qəzəbini daha da artırıb.
“Fransa hökumətinə görə, korsikalılar yoxdur, ada icması var. Biz Fransa ilə
ortaq taleyi qəbul etmirik”, – deyə ada sakinləri etirazlarını bildiriblər.
Daha ətraflı süjetdə: