01f4b92e-5973-4c14-b0f7-a099e1063991..jpg

“Haber Global” və “Baku TV”nin əməkdaşları beynəlxalq mükafata layiq görülüblər – YENİLƏNİB

Baxış sayı: 566 dəfə baxılıb.

“Haber Global” və “Baku TV”nin əməkdaşları beynəlxalq mükafata layiq
görülüblər – YENİLƏNİB

27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsində “Haber Global” TV-nin
əməkdaşları üç kateqoriya üzrə qalib olublar.

Cixisyolu.com xəbər verir ki, qaliblərin siyahısı bu gün keçirilən mətbuat
konfransında açıqlanıb.

Bildirilib ki, Ukrayna müharibəsi zamanı Çernobıl AES-dəki təhlükə barədə
məlumat verən CNN Türk operatoru Buğra Benlioğlu və “Haber Global” TV-nin
müxbiri Murat Karataş “Çernobıl” başlıqlı xəbərlə xüsusi xəbər kateqoriyasında
mükafata layiq görülüb.

Həmçinin Türkiyə və Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə
görə “Haber Global” televiziyası Türkiyə Xəbər Operatorları Assosiasiyasının
xüsusi mükafatı ilə təltif edilib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Savaşın izləri” adlı material hazırlamış
“Haber Global”ın müxbiri Mehmet Altunışık da mükafata layiq görülüb.

Bundan başqa, ailəsini Hataydakı zəlzələ nəticəsində itirməsinə rəğmən “Ailəm
Hatay” başlıqlı reportaj hazırlamış “Haber Global” televiziyasının müxbiri
Hasan Uylaş və onun operator yoldaşı münsiflər heyətinin xüsusi mükafatına
layiq görülüblər.

12:56

27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsində 18 azərbaycanlı müxbir
və operator 11 nominasiya üzrə qalib olub.

Cixisyolu.com xəbər verir ki, qaliblərin siyahısı bu gün Xəzər Media Mərkəzində
keçirilən mətbuat konfransında açıqlanıb.

Müsabiqənin Azərbaycan üzrə qalibləri aşağıdakılardır.

Xəbər görüntüsü nominasiyası:

Birinci yer: “Real TV”, Elşad Heydərov

Özəl xəbər nominasiyası

Birinci yer: AZƏRTAC, İsgəndər Qəmbərov
İkinci yer: “Xəzər TV, Vüsal Cəfərov

Reportaj nominasiyası:

Birinci yer: “İctimai TV”, Ceyhun Mustafayev

Sərbəst nominasiya:

Birinci yer: ARB TV, Aidə Zərgərova

Serial nominasiyası:

Birinci yer: ATV, Elvin Zeynalov
İkinci yer: ARB TV, Turan Novruzova

Aktual xəbər nominasiyası:

Birinci yer: ARB TV, Tacəddin Quliyev

Xəbər proqramı nominasiyası:

Birinci yer: “Xəzər TV”, Aslan Qarayev

Müsabiqədə Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin adına xüsusi
mükafatlar da verilib:

Ağdam mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Şuşa mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Laçın mükafatı – “İctimai TV”, Anar Ağazadə
Kəlbəcər mükafatı – “Baku TV”, Elgün Hümbətov
Füzuli mükafatı – AzTV, Ramil Qocayev
Zəngilan mükafatı – ARB, Rasil Salehliyə təqdim olunacaq.

Bundan başqa:

Münsif mükafatı – “İctimai TV”, Ramin Mehdi
Türkiyə Xəbər Kameramanları Assosiasiyası mükafatı – ARB TV, Kamilə Hüseynli
Türkiyə-Azərbaycan dostluq mükafatı – Türkiyənin NTV telekanalından Esra
Gezginciyə veriləcək.

Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri
Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş
tutub. Sentyabrın 3-də İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə
verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.

Müsabiqənin idarə heyətinin üzvləri sırasına Türkiyə Xəbər Operatorları
Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları
Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları
Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İbrahim
Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara daxildirlər.

Onu da qeyd edək ki, 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin
mükafatlandırılma mərasiminin sentyabrın sonlarında Azərbaycanda keçirilməsi
planlaşdırılır.

Aysel Aslan

Source link