Habil Əliyevin qızı: “Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl
işləməli kamança hədiyyə etmişdilər”.
Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib.
Lent.az-ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini
bölüşən Vəfa xanım deyib ki, atası həmin qiymətli kamançadan istifadə etməyib.
“Atam o kamançadan istifadə etmirdi. O kamança muzey əşyası kimi evdə qalırdı.
Onun özünün xüsusi kamançası var idi və yalnız onda ifa edirdi. Atama başqa
kamança verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Habil müəllim çox
çətin xasiyyətli, çox həssas insan idi…”.