Hacı Əliyevdən uğurlu start: erməniyə aman vermədi

Baxış sayı: 3. 090 dəfə baxılıb.

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarına inamlı start verib.

ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Hacı Əliyev (-65 kq) ilk görüşündə erməni idmançı Volodya Franqulyanla qarşılaşıb.

Tanınmış idmançımız rəqibini döşəyə çıxmağa peşman edib. O, 6:0 hesabı ilə qalib gəlib.

Bundan başqa, 74 kq-da çıxış edən idmançımız Hacımurad Hacıyev yunan rəqibinə 10:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışa vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Vasili Mixaylov olacaq.

Qeyd edək ki, axşam seansında H.Hacıyevdən başqa, Mahir Əmiraslanov (-57 kq), Aleksandr Qostiyev (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) medal görüşlərinə çıxacaq. Onlardan Mahir final matçında, digərləri isə bürünc medal görüşündə mübarizə aparacaq.

Səbuhi Musayev