Bu gün Bakıda yenicə tikilmiş “Hacı Cavad” məscidində ilk namaz qılınıb.
ÇıxışYolu.Com xəbər verir ki, məsciddə eyni vaxtda 500-dən çox dindar namaz qıla bilər.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin iyul ayında, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi və həmin rayonda – .Şərifzadə küçəsində yeni məscidin tikilməsi haqqında qərar imzalamışdı.
“O vaxt dindarlar məscidin “dağıdılmasına” etiraz edirdilər. Lakin yarıdağıdılmış məscidin yerində paytaxtın ən gözəl məscidlərindən birini əldə etdilər”, – məscidin əməkdaşı bildirib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com